Gürcüstan XİN: Gürcüstan–Türkiyə–Azərbaycan uğurlu əməkdaşlıq nümunəsidir
Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili Gürcüstan–Türkiyə–Azərbaycan üçtərəfli əməkdaşlıq formatını uğurlu strateji tərəfdaşlıq nümunəsi kimi qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə Ankarada keçirilən "Müttəfiqlər Ankarada" forumunda çıxışı zamanı danışıb.
Nazirin sözlərinə görə, üç ölkənin birgə həyata keçirdiyi enerji layihələri və nəqliyyat dəhlizləri bu gün əvvəlkindən daha böyük strateji əhəmiyyət daşıyır.
Maka Boçorişvili bildirib ki, Ukraynadakı müharibə və Yaxın Şərqdə baş verən hadisələr fonunda Cənubi Qafqazın və Qara dəniz regionunun geostrateji rolu daha da artıb.
O, həmçinin Orta Dəhlizin geoiqtisadi və geosiyasi baxımdan əhəmiyyətinin sürətlə yüksəldiyini vurğulayıb.
11:17 08.07.2026
Oxunuş sayı: 58