Ukrayna Rusiyadakı iki neft emalı zavoduna zərbə endirib
Ukrayna Rusiyanın iki neft emalı obyektinə zərbələr endirib.
Crossmedia.az xəbər verir ki, hücumların "Saratov Neft Emalı Zavodu" və "Nijnekamskneftexim" müəssisələrinə qarşı həyata keçirildiyi bildirilir.
Hücumun pilotsuz uçuş aparatları ilə həyata keçirildiyi qeyd olunur.
Hələlik zərbələrin nəticələri, dağıntılar və mümkün itkilərlə bağlı rəsmi məlumat açıqlanmayıb. Rusiya və Ukrayna tərəfləri hadisə ilə bağlı ətraflı bəyanat verməyiblər.
09:50 08.07.2026
Oxunuş sayı: 40