Netanyahu: Trampla F-35-lər istisna olmaqla hər məsələdə razıyıq
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla demək olar ki, bütün məsələlərdə razılığa malik olduqlarını, lakin bəzi fikir ayrılıqlarının qaldığını deyib.
Crossmedia.az xəbər verir ki, Netanyahu bu barədə "Newsmax" telekanalına müsahibəsində danışıb.
"Biz Trampla demək olar ki, hər məsələdə razıyıq, lakin fikir ayrılığımız olan sahələr də var", – deyə o bildirib.
Netanyahunun sözlərinə görə, bu məsələlərdən biri ABŞ-ın F-35 qırıcılarının Türkiyəyə mümkün tədarüküdür.
İsrail Baş naziri mövzu ilə bağlı əlavə təfərrüat açıqlamayıb.
10:06 08.07.2026
Oxunuş sayı: 47