Gərginlik artır: Tehran Vaşinqtonu ittiham etdi
ABŞ-nin İrana endirdiyi zərbələr nəticəsində bir neçə nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Press TV" məlumat yayıb.
İran Xarici İşlər Nazirliyi bəyan edib ki, Vaşinqton bu addımı ilə "İslamabad Memorandumu"nun müddəalarını pozub.
"CNN" telekanalının məlumatına görə, ABŞ-nin Yaxın Şərqdəki müttəfiqləri vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa çalışır və Vaşinqtonla Tehranı atəşkəs rejimini qorumağa çağırır.
Eyni zamanda, "The Wall Street Journal" yazır ki, ABŞ administrasiyası zərbələrə baxmayaraq İranla danışıqları davam etdirmək niyyətindədir. Bununla belə, Vaşinqton Hörmüz boğazında Tehranın hərəkətlərini "qəbuledilməz" hesab edir və buna sərt cavab verilməsinin zəruri olduğunu düşünür.
09:25 08.07.2026
Oxunuş sayı: 39