F-35 böhranı: İsrail Türkiyənin güclənməsindən narahatdır
İsrail Baş naziri Benyamin Netanyahu Türkiyəyə ABŞ istehsalı olan F-35 qırıcılarının satışına qarşı çıxıb.
Crossmedia.az ˝Sputnik Armenia˝-ya istinadən xəbər verir.
Netanyahu bildirib ki, bu addım Yaxın Şərqdəki güc balansını poza bilər. O, mövqeyini Türkiyənin aqressiv niyyətlərə malik olduğu iddiası ilə əsaslandırıb.
Bundan əvvəl ˝Axios˝ nəşri yazmışdı ki, Netanyahu ABŞ Prezidenti Donald Trampdan Türkiyəyə F-35 qırıcılarının verilməsindən imtina etməsini xahiş edib.
Məlumata görə, Tramp isə Türkiyənin Rusiyadan S-400 zenit-raket sistemləri almasına görə 2017-ci ildə tətbiq edilən sanksiyaların aradan qaldırılacağını açıqlayıb.
F-35 qırıcılarının Türkiyəyə mümkün satışı Vaşinqton, Ankara və region ölkələri arasında əsas müzakirə mövzularından birinə çevrilib.
22:38 07.07.2026
Oxunuş sayı: 58