Ermənistanda müxalifət lideri Qaqik Tsarukyan iki ay müddətinə həbs edildi
Ermənistanda məhkəmə müxalif “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyanın iki ay müddətinə həbs olunması barədə qərar qəbul edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, Tsarukyana dələduzluq və çirkli pulların yuyulması ittihamları irəli sürülüb.
Məhkəmənin qərarından sonra siyasətçinin işi üzrə istintaq davam etdirilir.
20:54 07.07.2026
Oxunuş sayı: 50