Niyə heç bir deputat övladı müharibədə həlak olmayıb? - Deputata ağır sual verildi
Rusiya Dövlət Dumasının deputatı Aleksey Juralyov vəkil Mironovun ona ünvanladığı narahat suallar fonunda qalmaqallı dialoqa girib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Sergey Mironov deputata belə sual verib: “Əgər hamını ora göndərməyə bu qədər can atırsınızsa, niyə heç bir deputat və ya onun övladı Xüsusi hərbi əməliyyatda həlak olmayıb?
Sualdan sonra söhbət qarşılıqlı ittihamlarla müşayiət olunan mübahisəyə çevrilib.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Mübahisədə kimin üstün gəldiyi isə müzakirə mövzusuna çevrilib.
20:38 07.07.2026
Oxunuş sayı: 49