Döyüş fotoları Trampı narahat etdi: Mənə fotoları göndərməyin
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibə ilə bağlı ona göndərilən görüntülərdən danışıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp bildirib ki, döyüş meydanlarından fotolar ona göndərilir və bu görüntüləri görmək istəmir.
“Döyüş meydanlarını görmüşəm. Mənə fotolar göndərirlər. Düzünü desəm, demək istəyirəm: ‘Mənə onları göndərməyin’”, – deyə Tramp qeyd edib.
ABŞ prezidenti bildirib ki, müdafiə naziri Pit Heqset də ona belə görüntülər göndərir və o, cavab olaraq deyir: “Pit, bilirsən nədir? Bu, vəziyyətin yaxşılaşmasına kömək etmir”.
20:08 07.07.2026
Oxunuş sayı: 38