İtaliya Trampın paylaşımlarına cavab verməyəcək
İtaliya hökuməti ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrdə etdiyi təxribat xarakterli paylaşımlara cavab verməyəcək.
Crossmedia.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani "La Stampa" qəzetinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Roma müttəfiqlər arasında polemikanın dərinləşməsinin qarşısını almaq üçün bu cür paylaşımlara münasibət bildirməməyi qərara alıb.
"Biz artıq bu cür şərhlərə reaksiya verməməyə qərar vermişik ki, müttəfiqlər arasında mübahisələri alovlandırmayaq", – deyə Tayani vurğulayıb.
Qeyd edək ki, Donald Tramp bazar günü axşam "Böyük Yeddilik" (G7) sammitindən İtaliyanın Baş naziri Corca Meloninin ona heyranlıqla baxdığı fotonu paylaşaraq, şəkilə "Məhkəmə uzaqlaşdırma qərarı lazımdır" (Restraining order needed) sözlərini əlavə etmişdi.
Antonio Tayani bildirib ki, transatlantik münasibətlərin möhkəmliyi hər hansı sosial media paylaşımından və ya emosional ifadədən qat-qat önəmlidir.
17:58 07.07.2026
Oxunuş sayı: 47