Roberto Martines Portuqaliya millisindən ayrıldı
İspaniyalı baş məşqçi Roberto Martines Portuqaliya milli komandasındakı vəzifəsindən istefa verdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu qərar Portuqaliya yığmasının futbol üzrə dünya çempionatında mübarizəni dayandırmasından sonra verilib.
Mətbuat konfransında çıxış edən 52 yaşlı mütəxəssis komandaya rəhbərlik etdiyi dövrü xüsusi qürur hissi ilə xatırladığını bildirib.
“Bu, inanılmaz bir dövr idi. Hiss etdiyim qüruru sözlə ifadə edə bilmirəm. Bütün Portuqaliya xalqının bizə verdiyi güc və enerji möhtəşəm idi”, – deyə Martines vurğulayıb.
Roberto Martines 2023-cü ilin yanvarında Portuqaliya millisinin baş məşqçisi təyin edilmişdi. Onun rəhbərliyi altında komanda 2024–2025-ci illər UEFA Millətlər Liqasının qalibi olub. Dünya çempionatında isə Portuqaliya 1/8 final mərhələsində İspaniyaya məğlub olaraq turnirlə vidalaşıb.
11:18 07.07.2026
Oxunuş sayı: 59