Pistoriusdan “Taurus” mesajı: Ukraynaya raket yox, maliyyə lazımdır
Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın hazırda uzaqmənzilli “Taurus” raketlərindən daha çox maliyyə dəstəyinə ehtiyac duyduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Almaniyanın "DPA" agentliyi məlumat yayıb.
Boris Pistoriusun sözlərinə görə, hazırkı mərhələdə Ukraynaya “Taurus” qanadlı raketlərinin verilməsi prioritet məsələ deyil.
Nazir qeyd edib ki, əsas diqqət Avropa İttifaqı vasitəsilə yeni maliyyə dəstək mexanizmlərinin yaradılmasına yönəldilməlidir. Bu çərçivədə Ukraynaya kreditlərin ayrılması və xüsusi maliyyə fondunun formalaşdırılması nəzərdən keçirilir.
Məlumata görə, nəzərdə tutulan yardım paketinin ümumi həcmi 70 milyard avroya çata bilər.
16:40 05.07.2026
Oxunuş sayı: 61