Paşinyan Mişustinlə Rusiya-Ermənistan əməkdaşlığını müzakirə edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya hökumətinin sədri Mixail Mişustinlə telefon danışığı aparıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər Rusiya-Ermənistan əməkdaşlığının ticarət-iqtisadi, elmi-texnoloji, mədəni və humanitar sahələrdəki aktual məsələlərini müzakirə ediblər.
Görüş zamanı ikitərəfli münasibətlərin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
15:26 01.07.2026
Oxunuş sayı: 54