Krımdakı “Saki” hərbi aerodromunda qırıcı təyyarə anqarları vurulub
Ukrayna Təhlükəsizlik Xidməti Krımda yerləşən “Saki” hərbi aerodromunda qırıcı təyyarələrin saxlandığı anqarların hədəf alındığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Təhlükəsizlik Xidməti yayıb.
Məlumata görə, zərbələr nəticəsində hərbi aerodrom ərazisində yerləşən aviasiya infrastrukturuna ziyan dəyib.
Hadisə ilə bağlı Rusiya tərəfi və digər rəsmi qurumlardan hələlik əlavə məlumat açıqlanmayıb.
13:29 01.07.2026
Oxunuş sayı: 56