Ukrayna rəsmi olaraq Gripen E qırıcı təyyarələri ilə müqavilə bağlayıb
Ukrayna rəsmi olaraq İsveçin Gripen E qırıcı təyyarələri ilə müqavilə bağlayıb.
Crossmedia.az "İnsayder UA"a istinadən xəbər verir ki, bu barədə İsveçin Saab şirkəti məlumat yayıb.
Məlumat görə, müqavilə 2029-cu ildə çatdırılması planlaşdırılan 16 ədəd Gripen E qırıcı təyyarəsindən ibarətdir. Müqavilənin dəyəri 2,5 milyard dollardır. Müqaviləyə 16 ədəd Gripen E qırıcı təyyarəsindən əlavə, ehtiyat hissələri və əlaqəli avadanlıqlar da daxildir.
Nəşr bildirir ki, çox güman ölkəyə çatdıqdan sonra bu təyyarələr Ukraynanın ən bacarıqlı qırıcı təyyarəsinə çevriləcək.
13:32 01.07.2026
Oxunuş sayı: 60