Ukrayna və İsveç 16 ədəd Gripen qırıcısının tədarükü barədə saziş imzalayıb
Ukrayna və İsveç 16 ədəd Gripen döyüş təyyarəsinin tədarükünü nəzərdə tutan saziş imzalayıblar.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, sənəd Kiyevdə imzalanıb.
Mərasimdə Ukrayna Prezidenti Volodimir Zelenski və İsveçin müdafiə naziri Pol Yonson iştirak ediblər.
Razılaşmaya əsasən, qırıcıların Ukraynaya tədarükünə 2029-cu ilin əvvəlində başlanılması planlaşdırılır.
Layihənin maliyyələşdirilməsi Avropa İttifaqının krediti hesabına həyata keçiriləcək. Maliyyə dəstəyi isə Böyük Britaniya tərəfindən təmin olunacaq.
10:22 01.07.2026
Oxunuş sayı: 64