İtaliya NATO-nun Ukraynaya uzunmüddətli yardım planına etiraz edib
NATO üzvü olan ölkələrin daimi nümayəndələri Ukraynaya 2026-cı ildə silah tədarükü, hərbi dəstək və hərbçilərin hazırlanması üçün 70 milyard avro ayrılmasını nəzərdə tutan layihə mətnini dəstəkləyiblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Frankfurter Allgemeine Zeitung (FAZ) diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, sənəddə Ukraynaya yardımın 2027-ci ildə də davam etdirilməsi ilə bağlı öhdəliyin yer alması planlaşdırılırdı. Lakin İtaliya bu cür öhdəliyin növbəti il üçün əvvəlcədən sənəddə əks olunmasına etiraz edib.
Nəticədə, İtaliyanın mövqeyi səbəbindən NATO daxilində Ukraynaya uzunmüddətli yardımın müddəti ilə bağlı yekun razılıq əldə olunmayıb.
10:06 01.07.2026
Oxunuş sayı: 44