Ukraynadan IMO-ya Rusiyanın "kölgə donanması" ilə bağlı çağırış
Ukrayna Beynəlxalq Dəniz Təşkilatına (IMO) müraciət edərək Rusiyanın "kölgə donanması"na aid gəmilərin qanuni hərbi hədəf kimi tanınmasını təklif edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Nəşrin yazdığına görə, Ukraynanın Baş nazirinin müavini Aleksey Kulebanın imzaladığı müraciətdə bildirilir ki, sanksiyalar altında olan neft məhsullarının daşınması Rusiyanın hərbi fəaliyyətinin maliyyələşdirilməsinə xidmət edir. Buna görə də belə gəmilər adi mülki nəqliyyat vasitələri kimi qiymətləndirilməməlidir.
Ukrayna tərəfi həmçinin vurğulayıb ki, müharibə başlayandan bəri Rusiya 200-dən çox kommersiya gəmisinə hücum edib.
Müraciətdə qeyd olunur ki, bu amillər Rusiyanın "kölgə donanması"na aid gəmilərin hüquqi statusuna yenidən baxılması zərurətini gündəmə gətirir.
09:57 01.07.2026
Oxunuş sayı: 44