Karapetyan "Rusiyadan dəstək varmı?" sualına sükutu ilə cavab verdi
˝Güclü Ermənistan˝ partiyasının lideri Samvel Karapetyan jurnalistlərin suallarını cavablandırıb.
Crossmedia.az bu barədə "Sputnik Armenia"-ya istinadən xəbər verir.
O bildirib ki, son parlament seçkiləri zamanı Rusiyanın ona hər hansı açıq dəstək verib-vermədiyi ilə bağlı heç bir konkret mövqe görməyib.
Karapetyan həmçinin Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən görüşdə Rusiya pasportu daşıyan bəzi şəxslərin həbsdə olması ilə bağlı deyilən fikirlərə münasibət bildirib. O, Putinin konkret kimi nəzərdə tutduğunu bilmədiyini qeyd edib.
Onun sözlərinə görə, partiyalarında Rusiya pasportuna malik təxminən 20 nəfər var, lakin onların heç biri nə namizəd, nə də onun özü seçkilərdə iştirak etməyib.
Karapetyan vurğulayıb ki, seçkilərin nəticələrində əsas həlledici amil hər hansı siyasi liderin açıqlamaları deyil, Ermənistan seçicisinin verdiyi səsdir.
21:24 30.06.2026
Oxunuş sayı: 54