Burkina-Faso Fransa səfirliyinin bağlanması üçün Parisə 7 gün vaxt verib
Burkina-Faso hakimiyyəti Fransaya paytaxt Uaqaduqudakı səfirliyini bağlaması üçün 7 günlük müddət verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Le Monde qəzeti məlumat yayıb.
Belə ki, iyunun 26-dan etibarən hesablanan müddət çərçivəsində Paris diplomatik missiyasının fəaliyyətini dayandırmalıdır.
Qərar Burkina-Fasonun Fransa ilə diplomatik münasibətləri kəsməsindən sonra qəbul edilib.
15:52 29.06.2026
Oxunuş sayı: 51