Rusiya Ermənistanı hədələdi
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, üzvlük haqlarını ödəmədiyi təqdirdə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində səsvermə hüququ məhdudlaşdırıla bilər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, təşkilatın Nizamnaməsinin 25-ci maddəsinə əsasən, öhdəliklərini yerinə yetirməyən dövlətlərə qarşı müəyyən tədbirlər tətbiq oluna bilər. Əgər borc iki il ərzində ödənilməzsə, həmin dövlət kvota əsasında tutulan vəzifələrə öz vətəndaşlarını namizəd göstərmək hüququndan, həmçinin təşkilatın işçi orqanlarında səsvermə hüququndan məhrum edilə bilər.
Zaxarova vurğulayıb ki, bu məhdudiyyətlər borc tam şəkildə ödənilənədək qüvvədə qalacaq.
19:58 22.06.2026
Oxunuş sayı: 46