Ukrayna dronları Rusiyanın strateji kosmik rabitə mərkəzini hədəf aldı
Moskva vilayətində yerləşən Dubna Kosmik Rabitə Mərkəzi Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, insident nəticəsində mərkəzin əməkdaşları arasında xəsarət alan olmayıb. Həmçinin televiziya yayımının fəaliyyəti dayandırılmayıb və sistem normal rejimdə işləməyə davam edir.
Hadisənin nəticələri və dəyən ziyanın həcmi ilə bağlı əlavə məlumat verilməyib.
19:38 22.06.2026
Oxunuş sayı: 46