Duma miqrantların göndərdiyi pullardan pay almaq istəyir
Rusiya Dövlət Dumasına miqrantların həyata keçirdiyi hər bir beynəlxalq bank köçürməsindən bank komissiyasından əlavə 3 faiz rüsum tutulmasını nəzərdə tutan qanun layihəsi təqdim edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Layihənin müəlliflərindən olan deputat Sergey Mironov bildirib ki, miqrantların əksəriyyəti Rusiyada vergi ödəmədən ölkədən böyük həcmdə vəsait çıxarır. Onun sözlərinə görə, bu vəsaitlər əsasən Mərkəzi Asiya dövlətlərinin iqtisadiyyatına xidmət edir, lakin Rusiya büdcəsi həmin maliyyə axınından heç bir gəlir əldə etmir.
Mironov qeyd edib ki, hazırda pul köçürmələrindən əsas gəliri ödəniş sistemləri və banklar komissiyalar vasitəsilə əldə edir. Deputat hesab edir ki, bu vəziyyət dəyişdirilməli və beynəlxalq köçürmələrdən dövlət büdcəsinə də əlavə gəlir daxil olmalıdır.
Qanun layihəsinin Dövlət Dumasında müzakirəyə çıxarılması gözlənilir.
19:30 22.06.2026
Oxunuş sayı: 54