İran ABŞ ilə memorandumdan sonra neft ixracını artırıb
İran ABŞ ilə əldə olunan Anlaşma Memorandumundan sonra neft ixracını əhəmiyyətli dərəcədə artırmağa başlayıb.
Crossmedia.az bu barədə ˝Bloomberg˝-ə istinadən xəbərə verir ki, “Elva”, “Virgo” və “Vigor” adlı üç supertanker Sinqapur istiqamətində yola düşməyə hazırlaşır. Məlumata əsasən, həmin gəmilərlə ümumilikdə 6 milyon barel İran nefti daşınır. Yükün daha sonra Çindəki neft emalı müəssisələrinə çatdırılacağı gözlənilir.
Bildirilir ki, tankerlər İranın əsas neft ixrac mərkəzlərindən biri olan Xarq adasında yüklənib. Bu həcm ölkənin Oman körfəzi sahilində yerləşən Çabahar limanından daşınan təxminən 20 milyon barel neftə əlavə olunur.
Məlumata görə, Tehran və Vaşinqton arasında əldə olunan razılaşmadan sonra İranın enerji ixracında canlanma müşahidə edilir və ölkə qlobal neft bazarına tədarükləri artırmağa çalışır.
19:08 22.06.2026
Oxunuş sayı: 45