Peskov Britaniyanın gələcək lideri ilə bağlı proqnoz verdi
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Böyük Britaniyada növbəti baş nazirin Rusiya ilə münasibətlərə dair baxışlarının Kir Starmerin mövqeyindən fərqlənəcəyinə şübhə etdiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, Peskovun sözlərinə görə, Britaniyada hakimiyyətə gələcək istənilən baş nazirin Moskva ilə münasibətlər məsələsində hazırkı kursdan ciddi şəkildə kənara çıxacağı gözlənilmir. O, Londonun Rusiyaya münasibətdə siyasətinin yaxın perspektivdə dəyişəcəyinə inanmadığını qeyd edib.
18:11 22.06.2026
Oxunuş sayı: 45