Moskva və Belqrad arasında gizli danışıqlar aparılır
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiyanın Gazprom şirkətinin Serbiyanın NIS şirkətindəki payının satışı məsələsi ilə bağlı Serbiya tərəfi ilə əlaqələr qurulub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Peskovun sözlərinə görə, sözügedən təmasların məzmunu kommersiya xarakteri daşıdığından ictimaiyyətə açıqlanmır. O qeyd edib ki, danışıqlar biznes sahəsinə aid olduğu üçün onların detalları açıq şəkildə paylaşılmır.
18:03 22.06.2026
Oxunuş sayı: 45