Bakıda Rusiya vətəndaşlarına hökm oxundu
Bakıda saxlanılan bir qrup Rusiya vətəndaşı ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Crossmedia.az bu barədə xəbər verir ki, onlar İran vasitəsilə narkotik vasitələrin tranziti və yayılması, həmçinin kiber fırıldaqçılıq əməllərində ittiham olunublar.
Məhkəmənin qərarına əsasən təqsirləndirilən şəxslərə aşağıdakı cəzalar verilib:
- Sergey Sofronov — 4 il azadlıqdan məhrumetmə
- Anton Draçev — 4 il
- Dmitri Bezuqli — 4 il
- Valeri Dulov — 4 il
- Dmitri Fyodorov — 3 il
- Boris Timoşov — 3 il
- Aleksey Vaşilenko — 3 il
- İlya Bezuqlıi— 3 il
19:54 19.06.2026
Oxunuş sayı: 50