Dağ velosipedi üzrə ölkə kubokunun üçüncü mərhələsinin qalibləri müəyyənləşib
Gənclər və İdman Nazirıiyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) 2026-cı il üçün təsdiq edilmiş təqvim planına əsasən, dağ velosipedi (MTB) üzrə ölkə kubokunun 3-cü mərhələsi keçirilib.
Bu barədə Crossmedia.az-a AVİF-dən məlumat verilib.
Dağ Velosipedi Parkında təşkil olunan yarışda 30-dan artıq idmançı mübarizə aparıb.
Elit, U-23 və gənc oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin (ROEQİUGVM) təmsilçiləri fərqləniblər. Mirmövsüm Cəbrayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kamal İsmayılov 2-ci, Kənan Eyvazov isə 3-cü yeri tutub.
U-17 kateqoriyasında Əli Zeynalzadə, Toğrul Məmmədli və Kənan Eyvazov (hamısı ROEQİUGVM) müvafiq olaraq ilk 3 pillədə qərarlaşıblar.
U-15 yaş kateqoriyasında da ROEQİUGVM idmançıları hamıdan güclü olublar. Məhəmmədəli Ağazadə qızıl, Mirəli Miryəhyayev gümüş, Kamran Abdullayev isə bürünc medala layiq görülüb.
09:21 12.10.2026
Oxunuş sayı: 63