Toy sevinci qanlı hadisə ilə yarımçıq qaldı
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarının birində, toy mərasimi zamanı qeydə alınıb.
Belə ki, 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu kürək nahiyəsindən bıçaqlanıb. O, rayon xəstəxanasına çatdırılıb.
Əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Ülvü Qurbanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır. (Report)
09:17 12.10.2026
Oxunuş sayı: 65