ABŞ-nin F-35 qırıcısı BƏƏ səmasında qəza siqnalı verib
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 Lightning II qırıcısı Birləşmiş Ərəb Əmirliklərinin hava məkanında fövqəladə vəziyyət siqnalı (7700 kodu) göndərib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, uçuşların izlənməsi sistemlərinin məlumatına görə, təyyarə hazırda BƏƏ-nin sahil xətti yaxınlığında yerləşir.
Qəza siqnalının verilməsinə səbəb olan amillər hələlik açıqlanmayıb. Rəsmi qurumlar hadisə ilə bağlı əlavə məlumat paylaşmayıblar.
Qeyd edək ki, 7700 kodu aviasiyada təyyarədə fövqəladə vəziyyət yarandığını bildirmək üçün istifadə olunur və texniki nasazlıqdan tutmuş digər təcili hallara qədər müxtəlif səbəblərlə əlaqəli ola bilər.
14:08 12.06.2026
Oxunuş sayı: 61