Tramp: İranla razılaşma yaxındır
ABŞ prezidenti Donald Trampın İranla bağlı razılaşma yaxındır açıqlamaları sosial şəbəkələrdə yenidən müzakirə mövzusuna çevrilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İstifadəçilər Trampın aylardır İranla mümkün razılaşmanın yaxın olduğunu bəyan etməsini istehza ilə “serial”a bənzədərək, bunun artıq “39-cu seriya”ya çatdığını qeyd edirlər.
Paylaşımlarda zarafatla bildirilir ki, bu layihə Trampın seçki kampaniyası zamanı səsləndirdiyi və geniş rezonans doğuran “Ukraynadakı müharibəni 24 saata bitirəcəyəm” vədinin müəllifləri tərəfindən hazırlanıb.
Sosial şəbəkələrdə yayılan bu ironik şərhlər ABŞ-İran danışıqları ətrafında uzun müddətdir davam edən qeyri-müəyyənliyə diqqət çəkir.
13:46 12.06.2026
Oxunuş sayı: 53