İran razılığını verdi: ABŞ ilə tarixi memorandum üçün son təsdiq gözlənilir
İran Xarici İşlər Nazirliyi ABŞ ilə aparılan danışıqlar çərçivəsində hazırlanmış memorandumun əsas müddəaları üzrə razılığın əldə olunduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı İranın ISNA agentliyi yayıb.
Nazirliyin sözçüsü İsmayıl Bəqayi bildirib ki, sənədin mətni əsas bəndlər üzrə demək olar ki, tam şəkildə razılaşdırılıb. Onun sözlərinə görə, danışıqlar prosesində əsas çətinlik ABŞ tərəfinin mövqeyində vaxtaşırı baş verən dəyişikliklər olub.
“Danışıqların əvvəlindən etibarən Amerika rəsmilərinin mövqelərinin dəyişdiyinin şahidi olmuşuq. Bu hal dəfələrlə təkrarlanıb və diplomatik prosesə təsir göstərib”, – deyə Bəqayi vurğulayıb.
XİN rəsmisi əlavə edib ki, Pakistan və Qətər də daxil olmaqla vasitəçi ölkələr tərəflər arasında təmasların davam etdirilməsi istiqamətində fəal rol oynayırlar.
Bundan əlavə, “Axios” nəşrinin məlumatına görə, İran tərəfi sənəd üzrə razılığını artıq verib. Bildirilir ki, prosesin yekunlaşması üçün İranın ali rəhbərliyinin təsdiqi gözlənilir.
14:16 12.06.2026
Oxunuş sayı: 62