İranlılar Afrikaya köçürülə bilər
ABŞ administrasiyası yeni razılaşma çərçivəsində bir qrup iranlı qaçqın və digər miqrantların Mərkəzi Afrika Respublikasına köçürülməsini nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Bildirilir ki, ilk uçuşların yaxın günlərdə həyata keçirilməsi planlaşdırılır və təxminən 20 nəfəri əhatə edə bilər. Siyahıya İran, Suriya və Əfqanıstan vətəndaşlarının daxil olduğu qeyd olunur.
Məlumata əsasən, ABŞ-də sığınacaq prosedurlarından keçmiş iki iranlı qadın da həmin siyahıya salınıb. Onların vəkilləri isə deportasiya halında ciddi təhlükələrlə üzləşə biləcəklərini bildirirlər. Qadınlardan birinin xristianlığı qəbul etdiyi, digərinin isə siyasi fəal olduğu qeyd olunur.
Qeyd olunur ki, Vaşinqton və Mərkəzi Afrika Respublikası arasında razılaşma bu ilin may ayında ABŞ nümayəndə heyətinin Banqi səfəri zamanı yekunlaşdırılıb.
13:14 12.06.2026
Oxunuş sayı: 57