İsrailə hava zərbəsi yox, diplomatik “qapı”: Region ölkəsi hava məkanını bağladı
Region ölkələrindən biri İrana qarşı son əməliyyatlar zamanı İsrailə öz hava məkanından istifadə imkanı verməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Kan” telekanalı məlumat yayıb.
Bildirilib ki, İsrail tərəfi əvvəlki gərginlik dövrlərində olduğu kimi müəyyən koordinasiya gözləsə də, bu dəfə hava məkanının bağlanması gözlənilməz addım kimi qiymətləndirilib.
İddialara görə, qərar bölgədə siyasi və diplomatik balansın dəyişməsinin göstəricisi kimi dəyərləndirilir və İsrailə yönəlmiş açıq mesaj xarakteri daşıya bilər.
Eyni zamanda qeyd olunur ki, İran ətrafında artan gərginlik fonunda bəzi regional aktorlar mövqelərini yenidən nəzərdən keçirir və bu proses gələcək əməkdaşlıq formatlarına da təsir göstərə bilər .
12:42 12.06.2026
Oxunuş sayı: 59