Tramp: Saziş imzalanan kimi Hörmüz boğazı açılacaq
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla mümkün razılaşma imzalandıqdan sonra Hörmüz boğazının açılması nəzərdə tutulur.
Crossmedia.az-ın əldə etdiyi məlumata görə, o, son dövrdə bölgədə təhlükəsizlik səbəbilə bir sıra gəmilərin təxliyə edildiyini, bəzi gecələr isə onlarla gəminin bölgədən çıxarıldığını qeyd edib.
Trampın sözlərinə görə, bu addımlar bazarda neft axınının sabit qalmasına və təchizatın pozulmamasına xidmət edib.
12:58 12.06.2026
Oxunuş sayı: 59