Tramp: ABŞ İranla müharibəni başa çatdırıb
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran arasında gərginlik faktiki olaraq sona çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O, Corciya ştatında Respublikaçı namizədlə telefon danışığı zamanı İranla bağlı əldə olunan razılaşmadan sonra vəziyyətin dəyişdiyini qeyd edib. Trampın sözlərinə görə, əsas şərt İranın nüvə silahı əldə etməməsi öhdəliyini qəbul etməsidir.
O, bildirib ki, razılaşmaya əsasən İranın gələcəkdə nüvə silahı istehsal etməsi və ya əldə etməsi mümkün olmayacaq. Tramp, həmçinin prosesin yekunlaşmaq üzrə olduğunu və ABŞ qüvvələrinin mərhələli şəkildə geri çəkiləcəyini vurğulayıb.
Beynəlxalq ictimaiyyət ABŞ–İran münasibətlərini yeni mərhələ kimi qiymətləndirir.
12:20 12.06.2026
Oxunuş sayı: 56