Meksika dünya çempionatına qələbə ilə başladı
2026-cı il futbol üzrə dünya çempionatının açılış oyununda Meksika millisi Cənubi Afrika üzərində qələbə qazanıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, qarşılaşma Meksika yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Gərgin mübarizə şəraitində keçən oyunda hakim ümumilikdə üç qırmızı vərəqə göstərib. Cənubi Afrika millisi iki futbolçusunu meydandan kənarlaşdırdığı halda, Meksika yığması da bir oyunçusunu itirib.
Beləliklə, Meksika dünya çempionatına qələbə ilə başlayaraq ilk üç xalını əldə edib.
12:50 12.06.2026
Oxunuş sayı: 41