Trampdan İranla bağlı gözlənilməz açıqlama
ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun fikrincə, İranın ali rəhbəri ABŞ ilə əldə olunmuş razılaşmanı artıq təsdiqləyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında İran rəhbərliyinin müqaviləyə münasibəti ilə bağlı fikirlərini bölüşüb.
O qeyd edib ki, mövcud vəziyyətdən belə nəticə çıxarır ki, İranın ali lideri ABŞ ilə bağlanmış razılaşmanı təsdiqləyib və tərəflər arasında əldə olunan anlaşma qüvvədədir.
Tramp əlavə detallar açıqlamayıb. İran tərəfi isə hələlik bu bəyanata rəsmi münasibət bildirməyib.
10:45 12.06.2026
Oxunuş sayı: 51