ABŞ “hə” dedi, növbə İrandadır
İranın təqdim etdiyi mətni ABŞ- nin qəbul etməsi onun Tehranda da təsdiqlənməsi ehtimalını artırır.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın Fars agentliyi məlumat yayıb.
Məlumata görə, İran hələlik yekun qərarını açıqlamayıb. Bununla belə, agentlik hesab edir ki, Vaşinqtonun Tehranın təklif etdiyi mətni qəbul etməsi razılaşmanın təsdiqlənməsi ehtimalını yüksəldir.
Qeyd olunub ki, İran tərəfi sənədlə bağlı son cavabını hələ verməyib.
09:52 12.06.2026
Oxunuş sayı: 71