İran ABŞ-lə razılaşma mətninin təsdiqlənmədiyini açıqlayıb
İran ABŞ ilə münaqişənin nizamlanmasına dair hər hansı razılaşma mətnini hələ təsdiqləməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.
Məlumata görə, agentliyin mənbəsi ABŞ Prezidenti Donald Trampın daha əvvəl səsləndirdiyi bəyanata baxmayaraq, Tehran tərəfindən heç bir sənədin təsdiqlənmədiyini bildirib. Mənbə razılaşma ilə bağlı danışıqların vəziyyəti barədə əlavə məlumat verməyib.
07:35 12.06.2026
Oxunuş sayı: 53