Mask tarixdə ilk trilyoner sayılır? - Nəşr açıqlama verdi
Amerikalı sahibkar və dünyanın ən varlı iş adamlarından biri İlon Maskın tarixdə ilk trilyoner statusu ilə bağlı məlumat dəqiqləşdilmək üzrədir.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri yazıb.
Nəşrin hesablamalarına görə, Maskın SpaceX və Tesla şirkətlərindəki paylarının ümumi dəyəri hazırda təxminən 1,1 trilyon dollar qiymətləndirilir. Lakin bu vəsaitin əhəmiyyətli hissəsi yalnız gələcəkdə əldə oluna biləcək aktivlərdən ibarətdir.
07:17 12.06.2026
Oxunuş sayı: 63