Ermənistanda iki seçki məntəqəsinin nəticələri ləğv edilib
Ermənistan Mərkəzi Seçki Komissiyası iki seçki məntəqəsində səsvermə nəticələrini etibarsız elan edib.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, komissiyanın rəhbəri Tigran Ovakimyan bildirib ki, Syunik vilayətindəki bir məntəqə və İrəvanda yerləşən seçki məntəqələrindən birində səslərin sayılması zamanı çox sayda hərbi qulluqçunun iştirakı qeydə alınıb. Bu səbəbdən həmin məntəqələr üzrə səsvermə nəticələri ləğv olunub.
23:47 11.06.2026
Oxunuş sayı: 58