Tramp: ABŞ İranın neft ixracının əsas mərkəzlərini ələ keçirməyi planlaşdırır
ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında etdiyi paylaşımda Vaşinqtonun İranın enerji infrastrukturuna dair planları ilə bağlı açıqlamalar verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O bildirib ki, ABŞ yaxın perspektivdə İranın neft və qaz sektoruna daha geniş nəzarət əldə etmək niyyətindədir və bu çərçivədə əsas ixrac qovşaqlarından biri olan Xarq adası və digər enerji obyektləri hədəf ola bilər.
Tramp həmçinin ABŞ-nin İrana qarşı “çox güclü zərbə” endirdiyini və İranın hərbi imkanlarının böyük hissəsinin artıq sıradan çıxdığını iddia edib.
Qeyd edək ki, Fars körfəzində yerləşən Xarq adası İranın neft ixracının böyük hissəsinin həyata keçirildiyi strateji əhəmiyyətli mərkəz hesab olunur.
21:52 11.06.2026
Oxunuş sayı: 43