Saakaşvili: Paşinyanın qələbəsi region üçün parlaq gələcək vəd edir
Ermənistan Baş naziri Nikol Paşinyanın mümkün qələbəsi bütün region üçün parlaq gələcək vəd edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bildirib .
Saakaşvili qeyd edib ki, Paşinyanın hazırkı siyasi uğuru 2012-ci ildəki öz təcrübəsini də üstələyir.
O, həmçinin Ermənistanda keçirilən seçkiqabağı kampaniyanı Rusiyanın “hibrid hücumu” kimi qiymətləndirib və Paşinyanın qələbəsinin region üçün müsbət perspektivlər yaradacağını iddia edib.
20:30 11.06.2026
Oxunuş sayı: 54