Rusiya XİN rəsmisi Britaniya, Fransa və Almaniya səfirləri ilə görüşüb
Rusiya Xarici İşlər Nazirliyinin nazir müavini Mixail Qaluzin Böyük Britaniya, Fransa və Almaniyanın Rusiyadakı səfirlərini onların müraciəti əsasında qəbul edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş zamanı Ukrayna böhranı ilə bağlı həmin ölkələrin rəhbərliklərinin yürütdüyü siyasətə dair Rusiyanın mövqeyi və qiymətləndirmələri izah olunub.
Bildirilib ki, Rusiya tərəfi münaqişənin siyasi və diplomatik yollarla həlli üçün öz əsas yanaşmalarını təqdim edib, həmçinin böhranın yaranma səbəblərinin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
20:22 11.06.2026
Oxunuş sayı: 48