“Güclü Ermənistan” bloku seçki nəticələrinin ləğvini tələb edə bilər
İyunun 12- si Rusiyaya yaxın mövqeyi ilə tanınan “Güclü Ermənistan” bloku parlament seçkilərinin nəticələrinin ləğvi və “Vətəndaş Müqaviləsi” partiyasının nəticələrinin yenidən nəzərdən keçirilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə partiyanın Siyasi Şurasının üzvü Narek Karapetyan məlumat verib.
Onun sözlərinə görə, məsələ seçki nəticələrinə dair narazılıqlarla bağlıdır və rəsmi müraciətin yaxın günlərdə təqdim olunması gözlənilir.
19:48 11.06.2026
Oxunuş sayı: 67