Trampdan İrana XƏBƏRDARLIQ – Çox sərt zərbələr endiriləcək
ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında İrana dair sərt açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Tramp paylaşımında ABŞ-nin İranın donanması, hərbi hava qüvvələri, radar sistemləri və digər müdafiə imkanlarını artıq sıradan çıxardığını bildirib.
ABŞ prezidenti qeyd edib ki, yaxın vaxtlarda Xarq adası və digər neft infrastrukturu obyektlərinin hədəfə alınacağı, həmçinin neft və qaz bazalarının nəzarətə götürüləcəyi gözlənilir.
“Bu, eynilə Venesuelada olduğu kimi əla nəticələr verəcək”, – deyə Tramp vurğulayıb.
18:40 11.06.2026
Oxunuş sayı: 52