İran ABŞ-ni hərbi təcavüzdə ittiham edib
İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ-nin İrana qarşı hərəkətlərini sərt şəkildə tənqid edib.
Crossmedia.az xəbər verir ki, Qəribabadi “X” hesabında paylaşım edərək ABŞ-nin İran ərazisindəki hədəflərə yönələn yeni əməliyyatlarını ölkənin suverenliyi, ərazi bütövlüyü və milli təhlükəsizliyinə qarşı açıq təcavüz adlandırıb.
O bildirib ki, bu addımlar mövcud atəşkəs rejiminin tam şəkildə pozulması deməkdir və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bu əməliyyatları “özünümüdafiə” kimi təqdim etməsi hüquqi baxımdan əsassızdır.
Nazir müavini əlavə edib ki, İran silahlı qüvvələri ölkə ərazisini qorumaq üçün istənilən təcavüzə qarşı cavab verməyə hazırdır və baş verənlərin nəticələrinə görə məsuliyyətin ABŞ və ona dəstək verən tərəflərin üzərinə düşdüyünü vurğulayıb.
18:16 11.06.2026
Oxunuş sayı: 53