Zelenski: Putin üçün ən təhlükəli ssenari başlayır
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin yeni hərbi strategiyasının detallarını açıqlayıb.
Crossmedia.az The Guardian qəzetinə istinadən xəbər verir ki, Volodimir Zelenski bu barədə müsahibəsində danışıb.
Prezident bildirib ki, Ukraynanın planı Krımın logistik infrastrukturuna təzyiq göstərmək və Rusiya daxilindəki hərbi və enerji obyektlərinə zərbələr endirməklə Moskvanın müharibə imkanlarını zəiflətməkdir.
“Krımın logistikası üzərində iş planın yalnız bir hissəsidir. Rusiya cəmiyyəti müharibənin əsl faciəsini hiss etməlidir”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna Rusiya boyunca yerləşən hərbi və enerji obyektlərinə zərbələr endirməklə Kremlə əlavə təzyiq göstərməyi hədəfləyir.
15:15 09.06.2026
Oxunuş sayı: 61