Cey Di Vens, Ərdoğan və Trampla bağlı iddia yayılıb
İsrailin İran rejimini devirmək məqsədilə kürd qüvvələrindən istifadəni nəzərdə tutan əməliyyat planı ABŞ-nin vitse-prezidenti Cey Di Vens tərəfindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana sızdırılıb.
Crossmedia.az bu barədə “The Jerusalem Post” qəzetinə istinadən xəbər verir.
Məlumata əsasən, Ərdoğan bu iddiaya cavab olaraq birbaşa ABŞ Prezidenti Donald Trampa zəng edərək əməliyyatın dayandırılmasını tələb edib. Daha sonra o, İran tərəfini də məlumatlandırıb.
Bildirilib ki, Türkiyə eyni zamanda İrana açıq kəşfiyyat məlumatları ötürüb. Həmin məlumatların isə Cey Di Vens tərəfindən Türkiyə tərəfinə çatdırıldığı iddia olunur.
15:00 09.06.2026
Oxunuş sayı: 51