Erməni deputat: Səslərin yenidən sayılması bütün partiyaların nəticələrini dəyişə bilər
Ermənistan parlamentində “Vətəndaş Müqaviləsi” partiyasından deputat Vaahn Aleksanyan bildirib ki, səslərin yenidən sayılması nəticələrin yalnız “Çiçəklənən Ermənistan” partiyasının xeyrinə dəyişməsinə səbəb olmaya bilər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, “Çiçəklənən Ermənistan” nümayəndələrinin səslərin hesablanması zamanı nəticələrinin süni şəkildə azaldılması və parlamentə keçmələrinin qarşısının alınması ilə bağlı iddialarına münasibət bildirib.
Aleksanyanın sözlərinə görə, seçki məntəqələrindən birində komissiya üzvləri protokolu doldurarkən mexaniki səhvə yol veriblər və bir sətri buraxıblar. Nəticədə “Çiçəklənən Ermənistan”a verilən səslər səhvən “Milli Demokratik Qütb” partiyasının xeyrinə yazılıb.
Deputat əlavə edib ki, bu səhv yalnız həmin iki partiyanı deyil, siyahıda aşağıda yerləşən digər siyasi qüvvələri, o cümlədən “Vətəndaş Müqaviləsi”ni də təsir edib.
Onun sözlərinə görə, “Vətəndaş Müqaviləsi” bu səhv səbəbindən təxminən 650 səs itirib.
Aleksanyan bildirib ki, buna görə də səslərin yenidən sayılmasının yalnız müxalifətin nəticələrini artıracağı qənaətinə gəlmək düzgün deyil.
14:50 09.06.2026
Oxunuş sayı: 49